<span style="color:red;">(R)  AXA MBASK agentləri üçün yeni xidmət: real vaxtda onlayn ödəniş imkanı
01 aprel 2014 10:28 (UTC +04:00)

(R) AXA MBASK agentləri üçün yeni xidmət: real vaxtda onlayn ödəniş imkanı

Azərbaycanın ən böyük müstəqil agent şəbəkəsinə malik olan AXA MBASK agentlərə investisiya yatırmağa davam edir.

 

Agentlərin gündəlik işlərini asanlasdırmağa davam edən AXA MBASK Sığorta Şirkəti agentlərin çalışma üsullarının tətbiqində daha bir addım kimi, yeni rəqamsal sığorta haqqı qəbulu proqramını işə salıb. Beləliklə, Azərbaycanın sığorta bazarında ilk dəfə olaraq sığorta agenti ödənişləri rəqəmsal şəkildə həyata keçiriləcək.

 

Bu sistem sayəsində vahid onlayn uçot bazasında  baş ofis və agentlər  uçot əməliyyatlarını, xüsusilə də sığorta haqlarının sığortalılardan qəbul edilməsi, baş ofisə (sığortaçıya) ötürülməsi, komissiya aktlarının hazırlanması, o cümlədən  maliyyə-uçot hesabatlarının avtomatlaşdırılması təmin edilmişdir.

 

Beləliklə, vahid uçot bazasında AXA MBASK və agentləri eyni ofisdə işlər kimi fəaliyyət göstərəcəklər. Müştərilərdən alınan sığorta haqları rəqəmsal rejimdə qeydiyyata (uçota) alındığı üçün agentlər heç bir manual iş görməyəcəklər və hesabatları real vaxtda onlayn edəcəklər. Nəticədə AXA MBASK agentləri manual hesabat hazırlanmasına vaxt sərf  etməyəcək, bu səbəbdən də müştəriyə keyfiyyətli xidmətin göstərilməsinə və satışın artımına daha çox vaxt ayıracaq.

 

AXA MBASK Sığorta Şirkəti bu layihəni “işləməsi asan olan sığorta şirkəti” strategiyasına uyğun olaraq hazırlanmışdır və gələcəkdə də agentlərin asan sistemdə işləməsi üçün layihələrini davam etdirəcəkdir.

 

Xatırladaq ki, sığorta bazarının liderlərindən biri olan AXA MBASK SŞ 2010-cu ildən etibarən şirkətin mövcud biznes proseslərinə AXA beynəlxalq standartlarının tətbiqi prosesinə başlayıb.

 

Belə, sığorta agentlikləri şəbəkəsi vasitəsilə satışların inkişafı planı həyata keçirilməklə, qısa müddət ərzində bütün Azərbaycan ərazisində fiziki və hüquqi şəxslərlə, habelə maliyyə-kredit müəssisələri ilə bütün sığorta növləri üzrə işə yönəlmiş 80-ə yaxın sığorta polislərinin satışı məntəqəsi açılmışdır.

 

Avropa keyfiyyətli xidmət, habelə ödənişlərin vaxtlı-vaxtında və tam həyata keçirilməsi şirkətin qısa zaman ərzində  “İlin sığorta şirkəti” kimi altı  beynəlxalq və milli mükafatlara layiq görülməsinə gətirib çıxarmışdır.

# 489
avatar

Oxşar yazılar

Polis kapitanı faciəvi   şəkildə öldü

Polis kapitanı faciəvi şəkildə öldü

3 may 2024 , 18:48
Bakı həbsxanasında ÖLÜM

Bakı həbsxanasında ÖLÜM

3 may 2024 , 17:31
İtkin düşən hamilə qadının meyiti tapıldı

İtkin düşən hamilə qadının meyiti tapıldı

3 may 2024 , 16:47
Bakıda kişi sevgilisinə görə özünə OD VURDU  - VİDEO  - YENİLƏNİB

Bakıda kişi sevgilisinə görə özünə OD VURDU - VİDEO - YENİLƏNİB

3 may 2024 , 16:37
Kəlbəcərdə hərbçilərimiz QƏZAYA DÜŞDÜ:  1 ölü, 4 yaralı

Kəlbəcərdə hərbçilərimiz QƏZAYA DÜŞDÜ: 1 ölü, 4 yaralı

3 may 2024 , 16:27
Azərbaycanın güneyində DƏHŞƏTLİ QƏZA:  7 nəfər öldü

Azərbaycanın güneyində DƏHŞƏTLİ QƏZA: 7 nəfər öldü

3 may 2024 , 15:24
Sürücü yol polisinə bıçaq çəkdi

Sürücü yol polisinə bıçaq çəkdi

3 may 2024 , 15:19
Vilayət Eyvazov generalı müşavir  təyin etdi

Vilayət Eyvazov generalı müşavir təyin etdi

3 may 2024 , 14:54