Bakıda piyada keçidinin üzərində avtomobilin altında qalaraq ölən şəxsin kimliyi müəyyənləşib. Lent.az xəbər verir ki, Nəsimi rayonu 3-cü Alatava yaşayış sahəsi Abdulvahab Salamzadə küçəsində (“İmprotex motors”un qarşısı) saat 00:50 radələrində Bakı şəhər sakini Etibar İsgəndərovun idarə etdiyi “Daewoo” markalı avtomobillə vurub öldürdüyü şəxsin Göygöl rayon sakini, 62 yaşlı Fariz Hüseynov olması müəyyən edilib.
Qeyd edək ki, hadisə piyada keçidinin üstündə baş verib.
Nəsimi RPİ tərəfindən araşdırma aparılır.
*****
01:38
Bakının Yasamal rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın hadisə yerində olan müxbirinin verdiyi xəbərə görə, Abdulvahab Salamzadə küçəsi ilə hərəkətdə olan Etibar İsgəndərovun idarə etdiyi “Daewoo Matiz” markalı avtomobil, yolu piyadalar üçün nəzərdə tutulmamış hissəsindən keçmək istəyən piyadanı vurub.
Şəxsiyyəti məlum olmayan piyada aldığı ağır xəsarətlərdən hadisə yerində keçinib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, yolun hadisə baş verdiyi hissəsində yeraltı piyada keçidi mövcuddur.