<b>Xədicə İsmayılın növbəti məhkəməsi başladı </b>
30 sentyabr 2016 11:58 (UTC +04:00)

Xədicə İsmayılın növbəti məhkəməsi başladı

0

Jurnalist Xədicə İsmayılın barəsində olan qanunsuz sahibkarlıqla bağlı ittihama xitam verilməsi ilə bağlı şikayət ərizəsi üzrə məhkəmə keçirilib.

 

Lent.az-ın  məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə Xədicə İsmayılın anket məlumatları və apellyasiya şikayətinin dəlilləri dəqiqləşdirilib.

 

Məhkəmə baxışı oktyabrın 7-ə təyin edilib.

 

Qeyd edək ki, Xədicə İsmayıl 2014-cü ilin dekabrında həbs edilib. Ona Cinayət Məcəlləsinin n 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 125( intihar həddinə çatdırma) maddələri ilə ittiham olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. Barəsində olan 125-ci maddə üzrə bəraət verilib.

 

 Ali Məhkəmədə mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları üzrə jurnalistə bəraət verib və o, 3 il 6 ay şərti cəza ilə həbsdən buraxılıb.

Daha sonra X.İsmayıl onun barəsində CM-nin 192.2.2-ci (qanunsuz sahibkarlıq) maddəsinə xitam verilməsi ilə bağlı şikayət ərizəsi verib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsi jurnalistin üzərindəki şərti cəzanın müddəti 3 il 6 aydan 2 il 3 aya endirilib.

 

 

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 212

Oxşar yazılar