
Maşından 300 kq at əti aşkarlandı
Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyatı qurumlarla birgə tədbirləri davam etdirilir.
DİN Mətbuat Xidmətindən Lent.az-a verilən məlumata görə, növbəti belə tədbir aprelin 9-da DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Karantin tədbirlərini təmin edən Əlahiddə Polis Taboru əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə Xaçmaz şəhəri ərazisində keçirilib.
Şəhər sakini B.Qanbayevin idarə etdiyi “Opel” markalı avtomobilə baxış zamanı yük yerindən natəmiz vəziyyətdə və sümükdən ayrılmış halda olan, çəkisi 330 kiloqram at əti aşkar edilərək götürülüb.
Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.
Araşdırmalar aparılır.
Oxşar yazılar

Adam öldürməyə cəhddə təqsirləndirilən azərbaycanlı ər-arvada bəraət verildi
24 aprel 2025 , 10:14
Kürdəxanıda obyekt yanır
24 aprel 2025 , 10:13
Bank kartlarından 20 mindən çox pul oğurladılar
24 aprel 2025 , 09:43
Bakıda dəhşətli qəza: Ölən və yaralananlar var - YENİLƏNİB
24 aprel 2025 , 00:53
Kəlbəcərdə yük və minik avtomobilləri toqquşdu - 1 nəfər öldü
23 aprel 2025 , 21:17
Qubada körpü yararsız hala düşdü: 60-dan çox kəndin yolu bağlandı
23 aprel 2025 , 21:07
O qədər içdi ki, ürəyi partlayıb öldü - Azərbaycanda ŞOK
23 aprel 2025 , 19:20