Tanışını bizlə vuran şəxsin cəzası 3 il azaldıldı
23 avqust 2016 11:44 (UTC +04:00)

Tanışını bizlə vuran şəxsin cəzası 3 il azaldıldı

Bakıda tanışını bizlə vuran şəxsin cəzası azaldılıb

 

Bakı Apellyasiya Məhkəməsində qəsdən adam öldürməyə cəhd etməkdə təqsirləndirilən Rəşad Həsənovun birinci instansiya məhkəməsinin hökmdən verdiyi şikayət üzrə məhkəmə başa çatıb.

 

Lent.az-ın məlumatına görə, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Hakimlər kollegiyasının qərarına əsasən apellyasiya şikayəti qismən təmin edilib, R.Həsənovun 14 il müddətinə azadlıqdan məhrumetmə cəzası 11 il 3 aya endirilib.

 

Qeyd edək ki, Bakı şəhər sakini R.Həsənov tanışı ilə kafedə spirtli içki qəbul edəndən sonra aralarında mübahisə yaranıb. Mübahisə nəticəsində R.Həsənov tanışını bizlə vurub. Yaralı xəstəxanaya çatdırılaraq əməliyyat olunub. Daha sonra R.Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Həsənov 14 il müddətinə azadlıqdan məhrum edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 95
avatar

Səlcuq Elçin

Oxşar yazılar