Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyevin hüquqşünas Aslan İsmayılova qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə, Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, Aslan İsmayılova Cinayət Məcəlləsinin 148-ci maddəsi üzrə 1500 min manat cərimə edilib. 147.2- ci maddəsi ilə isə bəraət verilib. Həmçinin məhkəmə A.İsmayılov barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.
Qeyd edək ki, MMP-nin sədri H.Hacıyev hüquqşünas A.İsmayılovu xüsusi ittiham qaydasında məhkəməyə verib. O, müraciətində bildirib ki, A.İsmayılov onun şərəf və ləyaqətini alçaldıb və buna görə hüquqşünasın Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini istəyib. A.İsmayılov da eyni maddələrlə onu məhkəməyə verib.