[b]Sumqayıtda top mərmisi tapıldı[/b]
18 mart 2017 01:16 (UTC +04:00)

[b]Sumqayıtda top mərmisi tapıldı[/b]

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində döyüş sursatı aşkarlanması barədə məlumat daxil olub.

 

APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexnikləri lazımı tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib və döyüş tətbiqinə yararlı 1 ədəd 122 millimetr çaplı top mərmisini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

 

Xilasedicilər əraziyə əlavə baxış keçirib və digər növ şübhəli əşya aşkar etməyiblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 134
avatar

Oxşar yazılar