Şirvanda 57 yaşlı kişinin mənzilində meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, Şirvan şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 1962-ci il təvəllüdlü Məmmədov Ramiz Azər oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat başa çatıb.