Sərhədçilər narkotik alverçilərini iş başında YAXALADI
Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində həyata keçirilmiş əməliyyat-axtarış və qoşun tədbirləri nəticəsində ölkə ərazisinə narkotik vasitələrin qeyri-qanuni gətirilməsinin qarşısı alınıb.
Xidmətdən Lent.az-a aprelin 11-də saat 01:25 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədindən qaçaq yolla İran İslam Respublikasından Azərbaycan Respublikasına narkotik vasitələri keçirmək istəyən və əraziyə “Mersedes-Benz” markalı avtomobillə gələn 3 nəfər Azərbaycan Respublikasının vətəndaşı 1978-ci il təvəllüdlü Şirinov Ramil İmamverdi oğlu, 1970-ci il təvəllüdlü Eyvazov İntiqam Eldar oğlu və 1974-cü il təvəllüdlü Abdullayev Qurban Cəmil oğlu şübhəli şəxs qismində saxlanılıb.
Saxlanılan şəxslərə və nəqliyyat vasitəsinə baxış keçirilərkən ümumi çəkisi 6 kq 330 qr olan qurudulmuş marixuana və 55 ədəd toxum narkotik vasitə aşkar olunaraq götürülüb.
Qeyd olunan fakt üzrə müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir, saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb.
524