<b>Sabiq MTN polkovnikinin işi prokurorluğa qaytarıldı</b>
19 iyul 2018 15:45 (UTC +04:00)

Sabiq MTN polkovnikinin işi prokurorluğa qaytarıldı

Dələduzluqda təqsirləndirilən Tofiq Rəcəbovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam edib. Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə vəkil çıxış edərək ibtidai istintaq dövründə müdafiə etdiyi müvəkkilinə qarşı kobud qanun pozuntular olduğunu deyib: “Bu səbəbdən işin ibtidai istintaqa qaytarılmasını tələb edirik.

 

Məhkəmə vəsatəti təmin edib və cinayət işi prokurorluğa qaytarılıb.

 

İttiham aktına əsasən, T.Rəcəbov Bakı şəhər sakini Taleh Həsənovun 124 min manat pulunu ələ keçirməkdə ittiham olunur. O, həmin pul qarşılığında T.Həsənovun torpaq sahəsini sənədləşdirmə vədini verib. Lakin sonradan vədinə əməl etməyib.

 

T.Rəcəbov qızıl biznesi ilə məşğul olub.

 

Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

 

İş adamı T.Rəcəbov daha əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən saxlanılıb və hədə-qorxu və təzyiqlərə məruz qalıb.

T.Rəcəbov MTN Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işində zərərçəkmiş şəxs qismində tanınıb.

 

Xatırladaq ki, T.Rəcəbov xüsusi xidmət orqanının ehtiyatda olan polkovnikidir. T.Rəcəbov ali təhsillidir, 1998-ci ildən 2002-ci ilə qədər ləğv edilmiş Milli Təhlükəsizlil Nazirliyinin əməkdaşı olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 485

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15