Saatlıda qadın qohumunu soyan şəxs saxlanılıb.
DİN Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan Lent.az-a verilən məlumata görə, Saatlı rayonunun Dədə Qorqud kənd sakini olan bir qadın fevralın 27-də Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus çantadan 7000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Saatlı RPŞ-nin əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Dədə Qorqud kənd sakini Roman Cahangirov saxlanılıb.
Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib və zərərçəkənlə qohum olduğunu qeyd edib.
Faktla bağlı Saatlı RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.