[b]Rusiya Ali Məhkəməsi polisi öldürən azərbaycanlının cəzasını azaltmadı[/b]
06 iyul 2016 13:49 (UTC +04:00)

[b]Rusiya Ali Məhkəməsi polisi öldürən azərbaycanlının cəzasını azaltmadı[/b]

 

Rusiya Ali Məhkəməsi Moskvada polisi qətlə yetirən azərbaycanlı Xəlil Sarıyev barəsində çıxarılmış ömürlük azadlıqdan məhrumetmə hökmünü qüvvədə saxlayıb.

 

APA-nın RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə məlumat Rusiya Baş Prokurorluğunun saytında yerləşdirilib.

 

Məlumatda bildirilir ki, Moskva Şəhər Məhkəməsi bu il yanvarın 13-də Xəlil Sarıyevi polisin ölümündə təqsirli bilərək, ömürlük azadlıqdan məhrum edib.

 

Müdafiə tərəfi hökmdən şikayət verib. Lakin şikayət üçün dəlillər Rusiya Baş Prokurorluğu tərəfindən rədd edilib və Ali Məhkəmənin cinayət məsələləri üzrə məhkəmə kollegiyası vəkillərin apelyasiya şikayətini rədd edərək hökmü qüvvədə saxlayıb.

 

Məhkəmə hökmündə bildirilir ki, 2014-cü il aprelin 6-da Xəlil Sarıyev qətldə şübhəli bilindiyinə görə axtarışda olan tanışı ilə Moskvadakı mənzilində olan vaxt polislər mənzilə gəlib. Polislər şübhəli şəxsi yaxalamaq istəyərkən X. Sarıyev onlara mane olmağa çalışıb və polislərdən birinə ov tüfəngindən atəş açıb.

 

Polis kapitanı Sergey Jadobkin aldığı güllə yarasından ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 179
avatar

APA Baycan

Oxşar yazılar