Dünən saat 21:10 radələrində Şəmkirdə ölümlə nəticələnən yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, Şəmkir şəhərinin Səməd Vurğun və N.Qəhrəmanov küçələrinin kəsişməsində "VAZ 2103" markalı, 20 BJ 709 dövlət qeydiyyat nişanlı minik avtomobili piyadanı vurub. Nəticədə ağır xəsarətlər alan 57 yaşlı kişi hadisə yerində ölüb.
Bildirilir ki, qəzada ölən şəxs ruhi xəstə olub.
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.