[b]Qənimət Zahidin həbsdəki qohumları ondan imtina edib [/b]
08 noyabr 2016 19:24 (UTC +04:00)

[b]Qənimət Zahidin həbsdəki qohumları ondan imtina edib [/b]

 

Hazırda Fransada yaşayan “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin həbsdə olan qardaşı oğlu Rüfət Zahidov və əmisi oğlu Rövşən Zahidov Daxili İşlər Nazirliyinə və kütləvi informasiya vasitələrinə müraciət edib.

 

APA-nın məlumatına görə, Rövşən və Rüfət Zahidovlar məktublarında qohumları Qənimət Zahiddən imtina etdiklərini bildiriblər.

 

R. Zahidov anket məlumatlarında onun əmisi oğlu kimi göstərilən Qənimət Zahidin yaxın qohumluq əlaqəsinin silinməsini xahiş edib: “Həmin şəxs mənim özümə və yaxın qohumlarıma bir ləkədir. Əlavə olaraq bildirmək istəyirəm ki, Qənimət Zahidin və onun müxalifyönlü partiya yoldaşlarının tərtib etdiyi yalançı “vicdan məhbusu” kimi olan siyahıdan ad və soyadımın çıxarılmasını kütləvi informasiya vasitələrindən xahiş edirəm. Cənab prezident İlham Əliyevin apardığı daxili və xarici siyasəti mən və qohumlarım bəyənirik, dəstəkləyirik və bundan sonra da dəstəkləyəcəyik. Qənimət Zahid kimi dövlətimizi sevməyən şəxslərə qarşı həmişə haqq sözümüzü demişik və bundan sonra da deyəcəyik”.

 

Q. Zahidin həbsdə olan qardaşı oğlu Zahidov Rüfət Fərasət oğlu da oxşar bəyanatla çıxış edib. O da əmisi Qənimət Zahidlə olan qohumluq əlaqəsindən imtina etdiyini bildirib: “Əlavə olaraq bildirmək istəyirəm ki, Qənimət Zahidin və onun müxalifyönlü partiya yoldaşlarının məndən bir fiqur kimi istifadə etməsinə son qoyasınız. Hansısa yalançı vicdan məhbusu kimi düzəldilmiş qondarma siyahıdan da adımın çıxarılmasına köməklik edəsiniz. Kütləvi informasiya vasitələrinə də yuxarıda qeyd olunanlardan əlavə olaraq bildirmək istəyirəm ki, nəinki mən, hətta ailə üzvlərim respublikada gedən siyasi fəaliyyəti, inkişafı, cənab prezident İlham Əliyevin apardığı fəaliyyəti dəstəkləyir və bundan sonra da dəstəkləyəcəyik. Qənimət Zahid kimi respublikamıza xələl gətirən şəxslərə qarşı haqq sözünü, dövlətimizin siyasətini həmişə nəzərə çatdırmışam və bundan sonra da öz ailə üzvlərimlə birgə çatdıracağam. Bu fikirlə atam Zahidov Fərasət Səlim oğlu da razıdır”.

 

 

Onlar müraciəti yazarkən heç bir təzyiqə məruz qalmadıqlarını bildiriblər.

 

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onların hər biri 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən apellyasiya şikayəti verərək bəraət hökmünün çıxarılmasını istəyiblər. Hər iki şəxs Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə  etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və  ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 190
avatar

APA Baycan

Oxşar yazılar

Qubada "Lexus" dərəyə aşdı: İş adamı öldü,  yaralılar var

Qubada "Lexus" dərəyə aşdı: İş adamı öldü, yaralılar var

15 dekabr 2024 , 22:03
Siyəzəndə FACİƏ:  İki oğulu itirən ailənin qızı boğulub öldü

Siyəzəndə FACİƏ: İki oğulu itirən ailənin qızı boğulub öldü

15 dekabr 2024 , 21:55
İki qardaş qəzaya düşdü

İki qardaş qəzaya düşdü

15 dekabr 2024 , 19:11
Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28