Qayınanasını öldürüb, arvadını yaralayana <span style="color:red;">AĞIR CƏZA
08 may 2019 17:57 (UTC +04:00)

Qayınanasını öldürüb, arvadını yaralayana AĞIR CƏZA

Qayınanasını öldürüb, arvadını yaralamaqda təqsirləndirilən Cəsarət İsgəndərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində , hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hakimlər kollegiyasının hökmünə əsasən o, 20 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, hadisə Bakının Nərimanov rayonunda baş verib. C.İsgəndərov rayonun Əliyar Əliyev küçəsi, 24 ünvanında yaşayan 51 yaşlı Fəhminə İsgəndərova və onun qızı Leyla İsgəndərovanı bıçaqlayıb. Onun qayınanası hadisə yerində ölüb. L.İsgəndərova isə 5 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, yaralı 1-ci dərəcəli koma vəziyyətində olub. Daha sonra onun həyatını xilas etmək mümkün olub.

 

Məlumata görə, 51 yaşlı Fəhminə İsgəndərova qızı Leyla İsgəndərovanı həyat yoldaşı ilə mübahisə etdiyi üçün ata evinə çağırıb.

 

Bu hadisədən hiddətlənən Cəsarət İsgəndərov ora gəlib. Qapı və pəncərələr ev sahibəsi tərəfindən bağlı olduğundan, Cəsarət İsgəndərov içəri evin damından daxil olub. Bu zaman o, əlindəki bıçaqla əvvəlcə həyat yoldaşına bir neçə zərbə vurub. Bununla sakitləşməyən kişi onları ayırmağa gələn qayınanası Fəhminə İsgəndərovanın ürək nahiyəsinə iki bıçaq zərbəsi endirib.

 

Xatırladaq ki, cütlüyün birgə nikahından 3 aylıq qız övladı var.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1663

Oxşar yazılar

Yeni doğulmuş körpəsini küçəyə atdı

Yeni doğulmuş körpəsini küçəyə atdı

22 aprel 2025 , 14:14
Bu rayonda bir gündə iki meyit  TAPILDI

Bu rayonda bir gündə iki meyit TAPILDI

22 aprel 2025 , 14:00
Mina qurbanları Vardanyanın məhkəməsinə əsa ilə gəldilər

Mina qurbanları Vardanyanın məhkəməsinə əsa ilə gəldilər

22 aprel 2025 , 13:53
Sumqayıtda parkda  meyit tapıldı

Sumqayıtda parkda meyit tapıldı

22 aprel 2025 , 13:39
Məktəbli qızları şantaj edən  əcnəbiyə ağır cəza verildi

Məktəbli qızları şantaj edən əcnəbiyə ağır cəza verildi

22 aprel 2025 , 13:32
Yol qəzası törədən polis saxlanıldı

Yol qəzası törədən polis saxlanıldı

22 aprel 2025 , 13:18
Kişini döyüb binadan atdılar

Kişini döyüb binadan atdılar

22 aprel 2025 , 12:38
Bərdədə kişi kanalda batdı

Bərdədə kişi kanalda batdı

22 aprel 2025 , 11:51