Quldurluq niyyəti ilə qadın öldürənlərin istəyi reallaşmadı
26 aprel 2016 15:05 (UTC +04:00)

Quldurluq niyyəti ilə qadın öldürənlərin istəyi reallaşmadı

Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Rüfət İskəndərov və Muxtar Qədimov birincin instansiya məhkəməsinin hökmündən  verdikləri şikayəti üzrə proses yekunlaşıb.

 

 

Lent.az-ın məlumatına görə, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Hakimlər kollegiyasının qərarına əsasən təqsirləndirilən şəxslərin apellyasiya şikayətləri təmin edilməyib.

Qeyd edək ki, hadisə keçən ildə Şüvəlan qəsəbəsinin Almaz İldırım küçəsi, döngə 4, ev 16 ünvanında baş verib. Həmin ünvanda yaşayan Əzizə Həsənova mənzilində qətlə yetirilib. Hadisədən bir neçə gün sonra qətlin törədilməsində şübhəli bilinən Xəzər rayon sakini M.Qədimov Şimal Qress qəsəbəsində kirayə tutduğu evdə yaxalanıb. Onun bu cinayəti sinif yoldaşı R.İsgəndərovla birgə törətdiyi məlum olub. Onların cinayəti qulduruluq niyyəti ilə törədikləri də qeyd edilir.

Hər iki şəxs Cinayət Məcəlləsinin 120.2.1-ci (qəsdən adam öldürmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) və 181.3.2-ci (quldurluq, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə ittiham olunub.

2016-cı il fevral ayının 23-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.İsgəndərov 19 il, M.Qədimov isə 20 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 175
avatar

Səlcuq Elçin

Oxşar yazılar