Gəncədə bıçaqlanma olub. APA-nın verdiyi məlumata görə, şəhərin Yeni Gəncə qəsəbə sakini 1967-ci il təvəllüdlü Mustafayeva Nazilə qarının kəsilmiş-deşilmiş yarası və digər xəsarətlərlə xəstəxanaya yerləşdirilib. O əməliyyat olunub, vəziyyətinin orta ağır olduğu bildirilir. Qadının kim tərəfindən bışaqlandığı hələ ki, məlum deyil.
Faktla bağlı hüquq mühafizə orqnları tərəfindən araşdırma aparılır.