Nida Vətəndaş Hərakatının həbs edilən üzvü Elgiz Qəhramanın barəsində seçilmiş həbs qətimkan tədbirindən verdiyi şikayəti üzr məhkəmənin vaxtı məlum olub.
Bu barədə Lent.az-a vəkil Fariz Namazlı məlumat verib. O bildirib ki, Elgiz Qəhrəmanın şikayəti Bakı Apellyasiya Məhkəməsinin hakimi Vaqif Mursaqulovun icraatına verilib. Məhkəmə avqustun 18-ə təyin edilib.
***
NİDA Vətəndaş Hərakatının üzvü Elgiz Qəhraman barəsində seçilmiş həbs-qətimkan tədbirindən apellyasiya şikayəti verilib.
Lent.az-a bu barədə vəkil Nemət Kərimli məlumat verib.
O bildirib ki, artıq şikayət Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib. İşə yaxın günlərdə baxılacaq.
Qeyd edək ki, Elgiz Qəhrəmana Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi ) maddəsi ilə ittiham verilib. Nərimanov rayon Məhkəməsinin qərarı ilə Elgiz Qəhrəman barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. O, avqustun 12-də saxlanılıb. Verilən ittihama görə, Onun üzərinə baxış zamanı 3,315 qram heroin aşkarlanıb.
Avqustun 13-də isə E.Qəhrəman barədə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.