Mehman Hüseynovun istəyi reallaşmadı
25 iyun 2018 17:03 (UTC +04:00)

Mehman Hüseynovun istəyi reallaşmadı

Video-bloqqer Mehman Hüseynovun barəsindəki hökmdən verdiyi kassasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

 

Lent.az-ın məlumatına görə, Ali Məhkəmədə keçirilən prosesdə M. Hüseynovun öz istəyi ilə məhkəməyə gəlmədiyi elan olunub.

 

Hakimlər kollegiyasının qərarına əsasən, M.Hüseynovun kassasiya şikayəti təmin olunmayıb.

 

Qeyd edək ki, Mehman Hüseynov yanvarın 9-u axşam saatlarında Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıb. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni əmrinə tabe olmamaq) maddəsi ilə təqsirli bilinərək, Nəsimi rayon məhkəməsinin qərarı ilə 200 manat cərimə olunub və sərbəst buraxılıb. M.Hüseynov məhkəmədən azad edildikdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, saxlanılarkən polislər ona işgəncə veriblər.

 

DİN onun bu açıqlamasını təkzib edib və bloggerin böhtan atdığı barədə açıqlama yayıb. Açıqlamada həmçinin bildirilirdi ki, Mehman Hüseynovun polisi ağır cinayətdə ittiham etməklə böhtan atması əməlinə hüquqi qiymət verilməsi üçün Daxili İşlər Nazirliyi tərəfindən Respublika Baş Prokurorluğu qarşısında vəsatət qaldırılıb.

 

Bundan sonra isə Nəsimi rayon polis idarəsinin rəisi Musa Musayev xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib. Polis rəisi Mehman Hüseynovun CM-nin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məsuliyyətə cəlb olunub, cəzalandırılmasını istəyib 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 245
avatar

Səlcuq Elçin

Oxşar yazılar