[b]Məhkəmə Qulu Məhərrəmlinin müsahibəsini ekspertizaya göndərdi[/b]
15 aprel 2016 16:08 (UTC +04:00)

[b]Məhkəmə Qulu Məhərrəmlinin müsahibəsini ekspertizaya göndərdi[/b]

 

Bu gün Yasamal rayon Məhkəməsində AZTV-in sədri Arif Alışanovun jurnalist Qulu Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə prosesi keçirilib.

 

Lent.az-ın məlumatına görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Alışanovun vəkili Zaur Abbasov vəsatətlə çıxış edib. O, çıxışında məsələ ilə bağlı mütəxəssis rəyinin mütləq olmalı olduğunu deyib: "Biz vəsatətimizdə bildirmişik ki, Qulu Məhərrəmlinin verdiyi müsahibə ilə bağlı linqvistik eskpertiza təyin edilsin. Q. Məhərəmlinin müsahibəsində Alışanovun ünvanına dediyi sözlər tənqid və yaxud təhqir olması müəyyənləşsin".

 

Qulu Məhərəmlinin vəkili Cavid Rzazadə məhkəmənin indiki mərhələsində vəsatətin baxılmamış saxlanmasını istəyib: "Biz vəsatət təmin olunmasın demirik. Vəsatətə baxmaq üçün vaxt lazımdır. Bizim də suallarımız var. Bunu baxış iclasında müzakirə edilməsi daha məqsədə uyğundur".

 

Qulu Məhərrəmli isə vəsatətə münasibət bildirib ki, Arif Alışanovu təhqir etməyib, tənqid edib: “Bir adama deyirsən, səviyyən bəsitdi və yaxud düşüncən feodaldır. Burada təhqir yox, tənqid var. Ona görə bu sözlərlə bağlı linqivistik ekspertiyaya ehtiyac yoxdur. Eləcə də vəsatətə göz atan zaman görürəm ki, yazılıb, guya mən həmin məqalələrin mətbuatda dərc olunması üçün çalışmışam. Xeyr, mən ekspertəm gündə onlarla jurnalistə açıqlama verirəm. Həmin müsahibədə 10 sual olub. Onun ikisi Alışanova aiddir. Həmin müsahibədə AZTV-in bütün sədrləri haqqında danışmışam".

 

Hakim qərar qəbul etmək üçün müşavirəyə gedib. Vəsatət təmin edilib. Həmin məqalə ekspertizaya göndərilib və proses qeyri-müəyyən günə qədər təxirə salınıb.

 

 

Qeyd edək ki, Q.Məhərrəmlinin Azərbaycanda televiziyanın kütləvi yayımına başlamasının 60 illiyi ilə bağlı verdiyi müsahibədən sonra A.Alışov şərəf və ləyaqətinin təhqir olunduğunu iddia edərək Yasamal rayon Məhkəməsinə müraciət edib. Müraciətdə Qulu Məhərrəmliyə qarşı cinayət işinin açılması istənilib. A.Alışanov  eləcə də Nəsimi rayon Məhkəməsinə müraciət edərək Q.Məhərəmlinin 100 min manat təzminat ödəməsini tələb edib. O, ərizəsində həmin pulu uşaq evinə köçürəcəyini qeyd edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 177
avatar

Səlcuq Elçin

Oxşar yazılar

Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46