[b]Məhkəmə keçmiş polis rəisini azadlığa buraxmadı[/b]
Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin Ələt portunun dələduzluqda təqsirləndirilən sabiq rəisi, polis pokovniki Fərhad Məmmədxanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə polkovnikin anket məlumatları dəqiqləşdirilib. Daha sonra F. Məmmədxanovun vəkilləri müvəkkilləri barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığına buraxılmasını tələb ediblər.
Vəsatət təmin edilməyib. Məhkəmə baxışı aprelin 4-ə təyin edilib.
Qeyd edək ki, F.Məmmədxanov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub. Onun barəsində həbs qətimkan tədbiri seçilib və 1 saylı istintaq Təcridxanasına göndərilib. Fərhad Məmmədxanov işə düzəltmək adı ilə 800 min manat mənimsəməkdə, bundan başqa mağazadan “Vertu” markalı telefonu kreditə götürərək ödəniş etməkdən yayınmaqda ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin dələduzluq (178-ci) maddəsi ilə cinayət işi başlanıb.
105