<b>Külli miqdarda pul mənimsəmiş şəxslər azadlığa buraxıldı</b>
04 iyun 2018 11:55 (UTC +04:00)

Külli miqdarda pul mənimsəmiş şəxslər azadlığa buraxıldı

Külli miqdarda mənimsəmədə təqdirləndirilən Şədatə Bayramov və Gündüz Musayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub.

 

Hakimlər kollegiyasının hökmünə əsasən onların hər birinə 5 il müddətinə cəza təyin edilib. Hər iki şəxs Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq edilməklə məhkəmə zalından azadlığa buraxılıblar.

 

Onlar Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham ediliblər.

 

Hər iki şəxs "Şurabad Quşçuluq" MMC-nin vəzifəli əməkdaşı olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 332
avatar

Səlcuq Elçin

Oxşar yazılar