Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Tehran Musayev, Səbuhi Cəfərzadə və İsmayıl Surxayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən hökmü ilə İ. Surxayev 11 il, T. Musayev 13 il, S. Cəfərzadə isə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək onlar Cinayət Məcəlləsinin 279-cu (qanunsuz silahlı dəstə yaratma) maddəsinə əsasən ittiham olunublar. Onlar Suriyada İŞİD tərkibində döyüşlərdə iştirak ediblər