[b]İş adamının qətlində şübhəli bilinən şəxs saxlanıldı [/b]
07 iyul 2016 13:59 (UTC +04:00)

[b]İş adamının qətlində şübhəli bilinən şəxs saxlanıldı [/b]

0

Xaçmaz rayonunda iş adamı, 1963-cü il təvəllüdlü Məmmədov İlqar Rüstəm oğlu yaşadığı evdə qətlə yetirməkdə şübhəli bilinən bir nəfər saxlanıb.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayonun Ağyazı Buduq kənd sakini, 1991-ci il təvəllüdlü Hüseynov Qalib Nəcməddin oğlu hüquq-mühafizə orqanları tərəfindən dindirilib. Bu gün prokurorluq əməkdaşlarının iştirakı ilə onun hadisə yerində ifadəsi alınıb.

 

Qeyd edək ki, Xaçmaz şəhər Mirzə Fətəli Axundov küçəsində yaşayan 1963-cü il təvəllüdlü Məmmədov İlqar Rüstəm oğlu iyun ayının 16-da yaşadığı evdə qətlə yetirilib. İ. Məmmədov ticarət mallarının topdan satışı ilə məşğul olub.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 342

Oxşar yazılar