İrandan Azərbaycana narkotik maddə keçirilməsinin qarşısı alındı
31 iyul 2018 11:59 (UTC +04:00)

İrandan Azərbaycana narkotik maddə keçirilməsinin qarşısı alındı

 

İrandan Azərbaycana narkotik maddə keçirilməsinin qarşısı alınıb.

 

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

 

Yoxlama zamanı zərurət yarandığı üçün onun daxili orqanları həkim müayinəsindən keçirilib. Nəticədə, saxlanılan şəxsin düz bağırsağında narkotik vasitələr - 1 bükümdə xalis çəkisi 0,5 qram olan heroin, 1 bükümdə isə xalis çəkisi 4,368 qram olan qurudulmuş marixuana aşkar olunub.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 396
avatar

Səlcuq Elçin

Oxşar yazılar