Bakı Apellyasiya Məhkəməsində Saday Şəkərlinin birinci instansiya məhkəməsinin hökmündən verdiyi şikayət üzrə məhkəmə prosesi baş tutmayıb.
Lent.az-a bu barədə vəkil Fəxrəddin Mehdiyev məlumat verib. Vəkilin sözlərinə görə, S.Şəkərli Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb. Bu səbəbədən proses iyulun 5-nə qədər təxirə salınıb.
Qeyd edək ki, Saday Şəkərli Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S. Şəkərli 10 il müddətinə azadlıqdan məhrum edilib.
.
Onu da qeyd edək ki, S. Şəkərli Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.