[b]General Novruzəli Orucovun oğlunun istəyi reallaşmadı[/b]
05 iyul 2018 12:36 (UTC +04:00)

[b]General Novruzəli Orucovun oğlunun istəyi reallaşmadı[/b]

Xuliqanlıq hərəkəti etməkdə təqsirləndirilən general Novruzəli Orucovun oğlu Rüstəm Orucovun və onunla birgə ittiham olunan Kənan Vəliyev və Pərviz Abbasovun cinayət işi üzrə məhkəmə iclası davam edib.

 

Lent.az- ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Sahibxan Mirzeyevin sədrliyi ilə keçirilən prosesdə  qərar elan edilib.

 

Hakimlər kollegiyasının qərarına əsasən, general oğlunun və dostlarının şikayəti təmin edilməyib.

 

Binəqədi rayon Məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

 

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı rəsmi məlumata əsasən, bu il iyulun 3-də Bakı şəhər sakini R.Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi “BMW” markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə, ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.

 

Qeyd edilməlidir ki, R.Orucov piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib hadisə yerindən qaçdığına görə, hələ 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olub, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib. Yuxarıda qeyd olunmuş xuliqanlıq hadisəsi də məhz onun şərti azadlıqda olduğu dövrdə baş verib.

 

Faktla bağlı 2017-ci il 4 iyul tarixində Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

 

R.Orucov həmin maddə ilə ittiham olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Digər təqsirləndirilən iki nəfər barəsində isə həbs qətimkan tədbiri seçilməyib.

 

Binəqədi rayon Məhkəməsinin hökmü ilə Rüstəm Orucov 5 il müddətə azadlıqdan məhrum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 259
avatar

Səlcuq Elçin

Oxşar yazılar

Minik avtomobili Türkiyə TIR-ı ilə toqquşdu - Ölən var

Minik avtomobili Türkiyə TIR-ı ilə toqquşdu - Ölən var

21 iyun 2024 , 20:27
Kərim Kərimov  özünü ASDI

Kərim Kərimov özünü ASDI

21 iyun 2024 , 19:31
Sumqayıtda evdən 23 yaşlı oğlanın meyiti tapıldı

Sumqayıtda evdən 23 yaşlı oğlanın meyiti tapıldı

21 iyun 2024 , 19:26
Qubada çay daşdı,  evlərə ziyan dəydi

Qubada çay daşdı, evlərə ziyan dəydi

21 iyun 2024 , 19:10
Ağdaşda FACİƏ:   azyaşlı kanalda boğuldu

Ağdaşda FACİƏ: azyaşlı kanalda boğuldu

21 iyun 2024 , 18:59
Şəkidə uşaq bağçasında 105 min manatlıq  mənimsəmə

Şəkidə uşaq bağçasında 105 min manatlıq mənimsəmə

21 iyun 2024 , 17:07
Bakı həbsxanasında MƏHKUM ÖLDÜ

Bakı həbsxanasında MƏHKUM ÖLDÜ

21 iyun 2024 , 17:04
BDU-nun müəllimi faciəvi şəkildə öldü - YENİLƏNİB

BDU-nun müəllimi faciəvi şəkildə öldü - YENİLƏNİB

21 iyun 2024 , 15:19