Ermənilər Azərbaycanın Ağdamrayonunun işğal altında olan ərazilərində növbəti yanğın törədiblər.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, yanğın neytral ərazini keçərək cəbhəyanı kəndlərə, taxıl zəmilərinə yaxınlaşıb. Alov geniş miqyas alaraq Çəmənli kəndi ərazisinə yayılıb.
Alovun taxıl sahələrinə keçməsinin qarşısını almaq üçün tədbirlər görülür.