<b>Əhməd bəy Ağaoğlunun nəvəsi öldü</b>
10 yanvar 2018 10:45 (UTC +04:00)

Əhməd bəy Ağaoğlunun nəvəsi öldü

Əhməd bəy Ağaoğlunun nəvəsi, tanınmış yazıçı və tərcüməçi Tektaş Ağaoğlu vəfat edib.

 

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, T. Ağaoğlu yanvarın 9-da 84 yaşında İstanbuldakı klinikalardan birində dünyasını dəyişib. 

 

Tektaş Ağaoğlu 1934-cü ildə İstanbulda anadan olub. Oxsford Universitetinin hüquq fakültəsini bitirib. Dostoyevskinin, Şoloxovun, Remarkın əsərlərini türkcəyə tərcümə edib. 1973-cü ildə Marks və Engelesin əsərlərini tərcümə etdiyinə görə həbsdə yatıb. 

 

1980-ci illərdə bir müddət İsveçrədə yaşamağa məcbur olub. Türkiyənin məşhur qəzet və jurnallarında müxtəlif vəzifələrdə çalışan T. Ağaoğlu bir müddət BBC radiosunun redaktoru olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 192
avatar

APA Baycan

Oxşar yazılar