Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Təhlükəsizlik Xidmətində (DTX) saxlanılan "Yeni Sabah" Qeyri Hökümət Təşkilatın sədri İlqar Əliyevin cinayət işi üzrə məhkəmə başlayıb.
Lent.az-ın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Bildirilib ki, o, 1996-cı ildə Nizami rayon Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. İlqar Əliyev 2001-ci ildə amnistiya aktına əsasən azadlığa çıxıb. Onun məhkumluğu tam ödənib. Təqsirləndirilən şəxs məhkəməyə müraciət edərək Dövlət Təhlükəsiz Xidmətinin təcridxanasından Penitensiar Xidmətinim təcridxanasına köçürülmək istəyib. Hakim bildirib ki, bununla bağlı məhkəmə tərəfdən müvafiq orqanlara müraciət ediləcək. Məhkəmə prosesi sentyabrın 20-ə təyin edilib.
Qeyd edək ki, Moskva-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Əliyev İlqar Talışxan oğlu gömrük nəzarətindən keçərkən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən onun baqajına rentgen aparatı vasitəsi ilə baxış keçirilib və monitorda metal əşyaların təsvirləri əks olunduğuna görə təkrar yoxlama aparılıb. Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətindən daxil olan məlumata görə, yoxlama zamanı sərnişin Əliyev İlqar Talışxan oğluna məxsus çamadanda olan şəxsi əşyaların arasından əvvəlcədən gömrük nəzarətinə təqdim olunmayan, elektron, kağız üzərində yazılı və ya şifahi formada bəyan edilməyən, metaldan hazırlanmış 7 ədəd müxtəlif ölçülü və formalı bıçaqlar, 1 ədəd beşguşəli, itibucaqlı ulduz formalı predmet, 1 ədəd kameralı qələm və 1ədəd kameralı eynək aşkar olunaraq protokol əsasında götürülüb. Əliyev İlqar Talışxan oğlu izahatında "Yeni Sabah” Qeyri-Hökumət Təşkilatının sədri olduğunu və həmin əşyaları Tailandın Pattaya şəhərində olarkən mağazadan aldığını bildirib. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən bıçaqlardan 5-i soyuq silah hesab olunur, 1 ədəd eynək və 1 ədəd qələm isə mövcud ola biləcək məlumatları izləmək, dinləmək, köçürmək, pozmaq, əlavə etmək kimi funksiyalara malikdir və onlar gizli yolla informasiya əldə etmək üçün nəzərdə tutulmuş əşyalardır. Ona Cinayət Məcəlləsimin Cinayət Məcəlləsin 179.3.2( mənimsəmə), 192.1(qanunsuz sahibkarlıq), 228.4( qanunsuz silah), 308.2(vəzifə səlahiyyətləri aşma), 310(vəzifəli şəxsin səlahiyyətləri mənimsəmə) maddələri ittiham verilib.