<b>Deputat oğlunun Bakıda <span style="color:red;">sürət yarışı na çıxdığı videokadrlar yayılıb</b>
21 aprel 2014 17:26 (UTC +04:00)

Deputat oğlunun Bakıda sürət yarışına çıxdığı videokadrlar yayılıb

Daha iki xarici markalı maşının Bakıda sürət yarışına çıxdığını əks etdirən videokadrlar yayılıb.

Virtualaz.org saytına daxil olan videokadrlara əsasən dövlət nömrə nişanlarından biri 10 LZ 100 nömrəli iki avtomobil Zığ-aeroport şossesində yüksək sürətlə yarışa çıxır.

Bir neçə saniyələrik kadrlardan görünür ki, avtomobillərin hər ikisi “Porsche Panamera” markalıdır (qiyməti 250 min manata yaxındır). “100” seriyalı “Porsche”nin nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədovun oğluna məxsus olduğu da müəyyənləşib. Lakin mənbə avtomobilin deputatın hansı oğluna məxsus olduğunu dəqiqləşdirməyib.

Bununla belə məlumdur ki, deputat uşaqlarının bütün maşınları həmin rəqəmdən ibarət nömrəni daşıyır.

Həmin videokadrlar yeni deyil və 2012-ci ilin mayında çəkilib. Virtualaz.org saytı kadrları DYP əməldaşlarına təqdim edib və onlar məlumatı təsdiqləyərək bildiriblər ki, həmin avtomobillər tez-tez Bakı küçələrində sürət yarışına çıxır. Lakin DYP və DİN nüfuzlu avtoxuliqanlara qarşı hansısa tədbirlər görməkdə acizdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8344
avatar

Oxşar yazılar