Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və qanunsuz olaraq narkotik vasitə saxlamaqda təqsirləndirilən Rahib Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, R. Tağıyev 3 min manat cərimə olunmaqla 1 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.
Qeyd edək ki, R. Tağıyev Maarif Məmmədov və Əli Piriyev adlı şəxsləri Heydər Əliyev Beynəlxalq Hava Limanında işə düzəltmək adı ilə aldadıb. O, M. Məmmədovdan 7500, Ə. Piriyevdən 10000 manat alıb. Bundan əlavə saxlanılan zaman onun üzərindən marixuana aşkar edilib. İstintaq və məhkəmə zamanı onun barəsində həbs-qətimkan tədbiri seçilməyib.