<b>Daha bir sabiq bank rəhbəri azadlığa çıxdı</b>
05 iyul 2018 18:29 (UTC +04:00)

Daha bir sabiq bank rəhbəri azadlığa çıxdı

0

Ləğv edilən "DekaBank" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Niyazi Vəliyev və "DekaBank"ın Maliyyə Departamentinin sabiq direktoru Bəhram Hüseynovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmünə əsasən, hər iki təqsirləndirilən barəsində Cinayət Məcəlləsinin 70-ci(şərti, azadlıqdan məhrum etmə) maddəsi tədbiq edilib. Sabiq bank sədri N.Vəliyev məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə), 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə), 308 və 313-cü maddələri ilə ittiham irəli sürülüb.

"DekaBank" ASC-nin lisenziyası 2016-cı ilin iyulunda ləğv edilib. Cinayət işi materiallarında 5 milyon manatlıq dəymiş zərərin olduğu göstərilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 463

Oxşar yazılar