<b>Cəzaların yumşaldılmasına dair layihə bu tarixdə müzakirə ediləcək</b>
10 oktyabr 2017 11:59 (UTC +04:00)

Cəzaların yumşaldılmasına dair layihə bu tarixdə müzakirə ediləcək

0
Azərbaycan Prezidenti tərəfindən Milli Məclisə təqdim olunmuş Cinayət Məcəlləsinə cəzaların humanistləşdirilməsi üzrə əlavə və dəyişikliklər layihəsi plenar iclasa tövsiyə olunub.
 
APA-nın məlumatına görə, layihə Milli Məclisin oktyabrın 20-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
 
Layihədə yeni cəza növünün - azadlığın məhdudlaşdırılması cəzasının tətbiq olunması, bəzi cəza növləri üzrə azadlıqdan məhrumetmənin maliyyə sanksiyaları ilə əvəzlənməsiylə birlikdə 300-dən çox dəyişiklik, o cümlədən 34 cinayət üzrə cəzanın müddətinin azaldılması təklif edilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 983

Oxşar yazılar