Cəlilabadda bu gün meyiti tapılan şəxsin öldürüldüyü məlum olub.
APA-nın cənub bürosunun məlumatına görə, 21 yaşlı Sirus İlham oğlu Nəsirovun meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Cəlilabad Rayon şöbəsinə təhvil verilib.
S. Nəsirovun hansı şəraitdə öldürüldüyü müayinələrdən sonra məlum olacaq.
Qeyd edək ki, rayonun Musalı kənd sakini olan S. Nəsirov martın 2-də evdən çıxıb və geri qayıtmayıb.
Faktla bağlı araşdırma davam etdirilir.