Bakıda yol-nəqliyyat hadisəsi törətmiş qadın sürücü tutulub. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Suraxanı RPİ 32-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 5-də Sərhad Şahpələngovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən qaçmaqda şübhəli bilinən “Nissan” markalı avtomobilin sürücüsü - Bakı şəhər sakini Cəmilə Həsənova saxlanılıb.
Araşdırma aparılır.