Bakıda sirkədən zəhərlənən qadın ölüb.
Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyunun 28-də Nərimanov rayonu ərazisində yaşayan Mətanət Mirzəyeva sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya gətirilib. Həkimlərin səyinə baxmayaraq M.Mirzəyeva iyunun 29-da ölüb.