Martın 11-i axşam saatlarından başlayaraq müşahidə edilən yağışlı hava ilə əlaqədar olaraq Heydər Əliyev prospektinin Buzovna dairəsinədək və Zığ dairəsi Hava limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, magistral yollardakı elektron lövhələrə "Sürüşkən Yol" işarəsi qoyulub.
Məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir. Sürücülərə tövsiyə olunur ki, yollardakı sürət həddinə əməl etsinlər.