Bakıda itkin düşən 5 yaşlı uşaq tapılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən
Lent.az-a verilən məlumatına görə, “102 - Zəng Mərkəzi” Xidmətinə müraciət edən Bakı şəhər sakini
olan qadın fevralın 26-da 5 yaşlı oğlunun itkin düşdüyünü bildirib. Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılmış və əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Uşaq həmin gün saat 13 radələrində DİN-in Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən tapılaraq valideynlərinə təhvil verilib.