Bu gecə Bakıda intihar hadisəsi baş verib. Lent.az xəbər verir ki, UPD qəsəbəsi Novruzov küçəsində yaşayan 1963-cü il təvəllüdlü Nağıyev Məhəmmədəli Muxtar oğlu saat 01 radələrində özünü evin pilləkənindən asıb.
54 yaşlı kişinin hansı səbəbdən həyatına son qoyması məlum deyil. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.