<b>Bankomatdan 174 min manat oğurlanması ilə bağlı "Kapital Bank"dan AÇIQLAMA</b>
09 aprel 2018 12:26 (UTC +04:00)

Bankomatdan 174 min manat oğurlanması ilə bağlı "Kapital Bank"dan AÇIQLAMA

0

 

"Kapital Bank" Bakıda bankın bankomatından 174 min manat pul oğurlanması faktı ilə bağlı məlumat yayıb.
 
 
Bankdan Lent.az-a verilən məlumata görə, ötən həftə Kapital Bank-ın Yasamal filialındakı (Landau küç., bina 6) bankomata müdaxilə edilib.
 
 
 
Faktla bağlı cinayət işi açılıb və hazırda istintaq gedir: "stintaq gedişatına mane olmamaq üçün, istintaq yekunlaşanadək bu barədə ətraflı məlumat verə bilmərik. İstintaq bitəndən sonra Daxili İşlər Nazirliyi ilə birgə açıqlama verəcəyik".
 
 

***

 

12:26

 

 

Bakıda bankomatdan külli miqdarda pul oğurlanıb.

 

Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsindən APA-ya verilən məlumata görə, “Kapitalbank”ın rayon ərazisində yerləşən bankomatından 174 min manat pul oğurlanıb.

 

Baş vermiş hadisə ilə bağlı dərhal əməliyyat qrupu yaradılıb.

 

 

Hazırda polis hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

 

Qeyd edək ki, ilk olaraq jurnalist Jalə Mütəllimova ötən gün bu barədə facebook sosial şəbəkəsində məlumat paylaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 575

Oxşar yazılar