Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Lent.az xəbər verir ki, saat 07:30 radələrində Sabunçu rayonu ərazisində, Zabrat-Kürdəxanı yolunda "Nissan" markalı, 99 AM 831 dövlət qeydiyyat nişanlı minik avtomobili 33 yaşlı kişini vurub. Ağır xəsarət alan piyada xəstəxanaya aparılarkən vəfat edib.
Faktla bağlı araşdırma aparılır.