Bakıda intihar hadisəsi baş verib. Sabunçu Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, hadisə rayonun Sabunçu qəsəbəsində, Əsədullayev küçəsində qeydə alınıb. Qəsəbə sakini, 1990-cı il təvəllüdlü Hümbətov Emil Nadir oğlu yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.