Bakıda 12 nəfərə qarşı dələduzluq etməkdə şübhəli bilinən şəxslə bağlı polis tərəfindən əməliyyat-axtarış tədbiri keçirilib.
DİN Mətbuat Xidmətindən Lent.az-a verilən məlumata görə, Suraxanı RPİ-nin 33-cü Polis Bölməsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində dələduzluq yolu ilə Bakı şəhər sakinləri olan 12 nəfərin pullarını almaqda şübhəli bilinən paytaxt sakini E.Kərimov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.