<b>Bakı-Quba yolunda qəza: </b>4 yaralı
20 yanvar 2015 18:04 (UTC +04:00)

Bakı-Quba yolunda qəza: 4 yaralı

0
 Bu gün Bakı-Quba Rusiya Federasiyası dövlət sərhədi yolunda yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə magistralın 93-cü km-də qeydə alınıb.

 

Quba rayonu, Ağbil kənd sakini 1985-ci il təvəllüdlü Məmmədov Azad Gülağa oğlunun idarə etdiyi 99-AE-240 dövlət nömrə nişanlı “Daewoo” markalı avtomaşın yoldan çıxaraq aşıb.

 

Qəza nəticəsində sürücü ilə birgə 4 nəfər xəsarət alıb. Onlar 1955-ci il təvəllüdlü Xaçmaz rayonu, Həsənqala kənd sakini Rəsulova Məhəbbət Əmrulla qızı, Bakı şəhər sakini 1972-ci il təvəllüdlü Musayeva Mehbarə Şükür qızı və Qubanın Söhübqışlaq kənd sakini 1957-ci il təvəllüdlü Ərzumanov Fərhad İbrahim oğludur.

 

Xəsarət alan şəxslər Siyəzən Regional Diaqnostika Mərkəzinə gətirilib.

 

Faktla bağlı araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 420

Oxşar yazılar