<b>Bacısını öldürmək istəyən qardaşın məhkəməsi başladı</b>
19 oktyabr 2016 17:10 (UTC +04:00)

Bacısını öldürmək istəyən qardaşın məhkəməsi başladı

0

Bacısını öldürməyə cəhddə təqsirləndirilən Ramin Əhmədovun cinayət işi üzrə məhkəmə başlayıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

 

Məhkəmənin baxışI oktyabrın 26-na təyin edilib.

 

Qeyd edək ki, hadisə Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1980-ci il təvəllüdlü R.Əhmədov yaşadığı evdə qısqanclıq zəminində bacısı, 1991-ci il təvəllüdlü Ramilə Əhmədovaya bıçaqla çoxsaylı xəsarət yetirib. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. Daha sonra R.Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

 

O, Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 217

Oxşar yazılar