Dağıstanın Şamxal qəsəbəsində azərbaycanlı miqrantdan rüşvət tələb edən sahə müvəkkili həbs edilib.
Lent.az-ın yerli KİV-ə istinadən məlumata görə, 28 yaşlı Elmin Həsənov hüquq-mühafizə orqanlarına müraciət edərək yerli sahə müvəkkilinin ondan 19 min rubl (təxminən 300 dollar) rüşvət istədiyi barədə məlumat verib. Dağıstan DİN-in mətbuat xidmətinin rəhbəri Ruslan İbrahimhacıyevin bildirdiyinə görə, rüşvət istəmə faktıyla bağlı 3 nəfər polis işçisi həbs edilib. Sonradan onlardan iksi sərbəst buraxılıb. Sahə müvəkkili barədə isə cinayət işi açılaraq haqqında həbs qətimkan tədbiri seçilib.