<b>Azərbaycandan gizli yolla şotland pişiyi aparan şəxs yaxalandı</b>
18 may 2018 12:59 (UTC +04:00)

Azərbaycandan gizli yolla şotland pişiyi aparan şəxs yaxalandı

0

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri davam etdirilir. Lent.az xidmətin saytına istinadən xəbər verir ki, 2018-ci ilin 17 may tarixində DSX əməkdaşlarının sayıq­lığı sayəsində dövlət sərhədinin pozulmasının qarşısı alınıb. Belə ki, həmin tarixdə saat 18:50 radələrində Horadiz sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 1 nəfər şəxs sərhəd naryadı tərəfindən saxlanılıb.

 

Sərhəd pozucusunun tutulduğu əraziyə ba­xış keçirilərkən 1 qu­tuda “Şotland pişik cinsi”nə aid 10 baş pişik balası aşkar olunub.

 

Sərhəd pozucusunun İran İslam Respublikasının vətəndaşı 1983-cü il təvəllüdlü Kakavənd Mima Fərhad olması, pişik balalarını satış məqsədilə İran İslam Respublikasına qaçaqmal yolu ilə aparmaq istəməsi müəyyən edilib.

 

Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 453

Oxşar yazılar