Ölkəyə gətirilən keyfiyyətsiz dərmanlar məhv edildi
İnsan sağlamlığına ziyanlı olan külli miqdarda dərman preparatları yandırılıb. Bu barədə Lent.az-a Dövlət Gömrük Komitəsindən bildirilib.
Verilən məlumata görə, Bakı Baş Gömrük İdarəsinin qida təhlükəsizliyi və insan sağlamlığına mənfi təsir edən amillərin aradan qaldırılması məqsədilə həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində külli miqdarda dərman vasitələri, qida əlavələri aşkar edilərək ekoloji poliqonda məhv edilib.
Məhv edilən dərman preparatlarının və bioloji aktiv maddələrin Azərbaycan Respublikasında qeydiyyatda olmadığı, keyfiyyət normativlərinə cavab vermədiyi müəyyən edildiyindən Səhiyyə Nazirliyinin "Analitik Ekspertiza Mərkəzi" MMC tərəfindən topdan satışa buraxılmasına qadağa qoyulub.
"Qırxbulaq" MMC, "Zeytun pharmacuticals" MMC, "Centrum pharma" MMC, "Alfa-N company" MMC, "NP" MMC, "Stomdent" MMC, "Amex" MMC, "Asfarma dərman sənaye LTD ŞTİ" MMC firmaları tərəfindən müxtəlif vaxtlarda gətirilən həmin dərman vasitələri ümumilikdə 15863.40 ABŞ dolları, 2218822.88 Rus rublu, 25065.02 Avro dəyərində olub.
703