<b>Avtomobillə 9 yaşlı uşağı öldürən şəxsin cəzası yüngülləşdi</b>
13 aprel 2016 15:14 (UTC +04:00)

Avtomobillə 9 yaşlı uşağı öldürən şəxsin cəzası yüngülləşdi

0

Bakı Apellyasiya Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən  Nurlan Fərhadov barəsində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə yekunlaşıb.

Lent.az-ın məlumatına görə, hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Hakimlər kollegiyasının qərarına əsasən N.Fərhadovun cəzası 9 ildən 8 ilə endirilib.

Qeyd edək ki, keçən il aprelin 22-də Hövsan qəsəbəsində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Elmar Ağayev vurulub və o, hadisə yerində ölüb. Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 30-cu Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən “Toyota” markalı avtomobilin sürücüsü, Hövsan qəsəbə sakini N.Fərhadov saxlanılıb. Qəzada ölən piyadanın 9 yaşı var və o, orta məktəbin 3-cü sinif şagirdi olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Fərhadov 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 252

Oxşar yazılar